Xızıda heroin satan şəxs saxlanıldı

Xızıda heroin satan şəxs saxlanıldı
  16 Dekabr 2021    Oxunub:803
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Akif Heybətov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti