Cərimə borcu olan sürücü DYP-də özünü yandırıb

Cərimə borcu olan sürücü DYP-də özünü yandırıb
  16 Dekabr 2021    Oxunub:786
"Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib".
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaqdır. Sürücü bundan əsəbləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağıdan yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib", - Mətbuat Xidmətindən bildirilib.

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.

AzVision.az


Teqlər: DİN   Cərimə  





Xəbər lenti