Masallıda ev yanıb, iki nəfər ölüb

Masallıda ev yanıb,    iki nəfər ölüb
  15 Dekabr 2021    Oxunub:862
Dekabrın 15-i saat 14:38-də FHN-in "112" qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AzVision.az -a verilən xəbərə görə, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb. Yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (onlardan biri azyaşlıdır) yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti