Anbara qanunsuz girən şəxs havaya atəş açdı

Anbara qanunsuz girən şəxs havaya atəş açdı
  15 Dekabr 2021    Oxunub:995
Göyçay rayonu Kürdəmiş kəndindəki soyuducu anbara qanunsuz daxil olan naməlum şəxs üzərində olan ov tüfəngindən havaya atəş açıb və obyektin mühafizəçilərinə hədə-qorxu gəlib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, hadisə ilə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilninən şəxsin rayonun Bığır kənd sakini Elvin Rəşidov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı E.Rəşidovdan narkotik vasitə olan tiryək və soyuq silah hesab edilən bıçaq da aşkarlanıb. Davam etdirilən tədbirlərlə E.Rəşidovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə hadisə zamanı istifadə etdiyi, qanunsuz olaraq saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Göyçay  





Xəbər lenti