"Qonşuluq əlaqələrimiz bundan sonra da üst səviyyədə olacaq" - Gürcü nazir

"Qonşuluq əlaqələrimiz bundan sonra da üst səviyyədə olacaq" -    Gürcü nazir
  14 Dekabr 2021    Oxunub:684
"Azərbaycan Türkiyə Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur. Yüksək səviyyəli qonşuluq əlaqələri bundan sonra da üst səviyyədə olacaq".
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumundan sonra keçirilən mətbuat konfransında Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

"Gürcüstan hökuməti olaraq gələcək iş birliyimizi genişləndirməyə hazırıq. Bu cür biznes forumlarının ənənə halına gəlməsini alqışlayırıq. Bu formatda iş görüşlərinin gözəl layihələrin həyata keçirilməsi baxımdan çox mühümdür. Bizim 2021-ci il üzrə əməkdaşlıq nəticələri çox məmnunedicidir. Bakı Tbilisi Qars, Bakı Tbilisi Ceyhan layihələri bölgənin təhlükəsizliyi baxımından çox vacibdir. Bu toplantı çox məhsuldar olacaq, iqtisadi əlaqələrimiz daha da genişlənəcək".

Aytən Zəhra

AzVision.az


Teqlər:



Xəbər lenti