"Türkiyənin Azərbaycandakı investisiyaları 12 milyard dollara çatıb" - Mehmet Muş

   "Türkiyənin Azərbaycandakı investisiyaları 12 milyard dollara çatıb" -    Mehmet Muş
  14 Dekabr 2021    Oxunub:1529
"Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqəsinin həcmi ötən illə müqayisədə 6,5 faiz artaraq, 4,5 milyard dollar olub".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin sənaye naziri Mehmet Muş Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə-Azərbaycan və Gürcüstan dünya enerji və nəqliyyat layihələrinin üzərində yerləşir:

"Bu sahədə iş birliyimizi artırmalıyıq, iqtisadiyyatımızı daha da gücləndirməliyik. Bu il Türkiyə ilə Gürcüstan arasında ticarətin həcmi ötən illə müqayisədə 20 faiz artaraq 1.9 milyard dollara çatıb. Türkiyənin Azərbaycandakı investiyaları 12 milyard dollara çatıb. Azərbaycanda 15,4 milyard dollar dəyərində 455 layihəni uğurla sonlandırmışıq".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti