Sabirabaddan Ağsuya gələn qonaq öldürüldü

Sabirabaddan Ağsuya gələn qonaq öldürüldü
  13 Dekabr 2021    Oxunub:743
Ağsuda qətl hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Ağsunun Padarqışlaq kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayonunun Balvar kənd sakini 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndinə qonaq gəlib. Bu zaman qonaqla qohumlar arasında mübahisə yaranıb.

Aralarında yaranan mübahisə zəminində Sabirabad sakini Dərgahlı Məmmədkərim bir neçə bıçaq xəsarəti alıb. Ətrafdakıların köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Dərgahlı Məmmədkərim xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qətl  





Xəbər lenti