“Omikron”un neft bazarına təsiri necə olacaq? - OPEC açıqladı

   “Omikron”un neft bazarına təsiri necə olacaq? -    OPEC açıqladı
  13 Dekabr 2021    Oxunub:1133
Koronavirusun yeni “Omikron” variantının yayılması neft istehlakının sürətinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə OPEC-in dekabr ayı hesabatında deyilir. “Yeni omikron variantının təsirinin orta və qısamüddətli olacağı gözlənilir, çünki dünya artıq COVID-19 ilə mübarizə aparmaq üçün daha yaxşı təchiz olunub. Bu, həm inkişaf etmiş, həm də inkişaf edən ölkələrdə iqtisadiyyatın perspektivi sabit görünür” - deyə hesabatda qeyd olunub.

OPEC ekspertləri dünyada koronavirusa qarşı vaksinasiyanın yüksək göstəricilərinə diqqət çəkirlər. Təşkilat həmçinin dünya iqtisadiyyatının mülayim dirçəlişi fonunda neftə tələbatın artımına dair proqnozunu (2021-ci ildə 5,7 milyon barel, 2022-ci ildə 4,2 milyon barel) qüvvədə saxlayıb. Daha əvvəl cari ilin IV rübündə gözlənilən tələbatın bərpası gələn ilin I rübünə keçir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: OPEC   Neft  





Xəbər lenti