Azərbaycan ötən ay "OPEC+" öhdəliyini 109% yerinə yetirib

Azərbaycan ötən ay "OPEC+" öhdəliyini 109% yerinə yetirib
  13 Dekabr 2021    Oxunub:1193
Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə hasil edilən karbohidrogenlərin 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.

Beləliklə, Azərbaycan "OPEC+" çərçivəsində noyabr ayında öhtəliyini demək olar ki 109% yerinə yetirib.

Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti