Maşın oğrusu postda tutuldu

Maşın oğrusu postda tutuldu
  13 Dekabr 2021    Oxunub:1048
Bakıda avtomobil qaçıran şəxs postda saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinə dekabrın 12-də saat 1 radələrində Qaraçuxur qəsəbəsində yaşayan B.Mehdiyevə məxsus “AzSamand” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil dekabrın 12-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü M.Əlizadə və sərnişini Ş.Babayev saxlanılaraq Suraxanı RPİ-ə təhvil veriliblər. Suraxanı RPİ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti