Birinci vitse-prezident və vitse-prezidentlərə diplomatik pasport veriləcək
Dəyişiklikliyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.
Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
AzVision.az
Teqlər: Passport







Vaxtında, Aydın, Lazımlı!


