AQTA kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

   AQTA kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı
  13 Dekabr 2021    Oxunub:736
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə AzVision.az -a agentlikdən məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - agentlikdən bildirilib.

AzVision.az



Teqlər: AQTA  



Xəbər lenti