"Hikmət Mirzəyevin evinin qarət olunması xəbəri əsassızdır" - DİN

 "Hikmət Mirzəyevin evinin qarət olunması xəbəri əsassızdır" -  DİN
  12 Dekabr 2021    Oxunub:2352
"Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb".
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev XTQ-nin komandanı, general- leytenant Hikmət Mirzəyevin evinin qarət olunması xəbərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir.
***
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.

AzVision.az Bakupost.az -a istinadən xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.

Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti