Bakı-Moskva aviareysinin sərnişinləri başqa təyyarə ilə yola düşəcəklər

   Bakı-Moskva aviareysinin sərnişinləri başqa təyyarə ilə yola düşəcəklər
  12 Dekabr 2021    Oxunub:957
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” aviaşirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.

Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.

AzVision.az


Teqlər:



Xəbər lenti