"Ölkə başçısı seçiləndə ona Quran bağışladım" - Allahşükür Paşazadə

 "Ölkə başçısı seçiləndə ona Quran bağışladım" -   Allahşükür Paşazadə
  12 Dekabr 2021    Oxunub:1009
"Heydər Əliyev böyük şəxsiyyət idi. Bunu ulu öndər ikinci dəfə Azərbaycana gələndən sonra dərk etdim. O dövrdə siyasi xadimlərinin yanında idim, deputat idim, hadisələrin içərisində idim. Azərbaycan pis vəziyyət idi, ölkənin xəritədə olub-olmaması məsələsi var idi. Xalqımızın dəstəyi ilə ulu öndər Azərbaycana gəldi. Bu, bizim üçün qurtuluş idi".
AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Real tv"yə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan xalqının dahi şəxsiyyətə böyük ehtiyacı var idi:

"Gələndən sonra dövlətçiliyin əsasını qurdu. Onunla birinci dəfə İslam konfransında iştirak etdim, 50-yə yaxın dövlət rəhbəri orada idi. İnsanların Heydər Əliyevə böyük rəğbətini gördüm".

A.Paşazadə ulu öndər Heydər Əliyevin ailəsinə olan böyük sevgisindən də danışıb. O bildirib ki, həyat yoldaşı Zərifə Əliyevanı çox sevirdi.

"Dünyadan getməsi ona pis təsir etmişdi. Heydər Əliyev Moskvaya uçdu, gecə ilə şəriət qaydalarına uyğun onu basdırdı. Zərifə xanımla vida mərasimində pərdənin digər tərəfində Quran oxuyurdum. Səyahətlərdə olsam belə hər cümə axşamı qəbri üstə "Yasin" oxuyurdum. O da gəlirdi, bəzən gecə gəlirdi".

Şeyxülislam bildirib ki, ulu öndərin dinə olan münasibəti yüksək dərəcə idi:

"Başqa dinlərin nümayəndələrinə də yaxşı münasibət bəsləyirdi. Bibiheybət məscidinin təməlini qoyanda demişdi ki, "Bütün məbədləri bərpa edəcəyik. Biz edə bilməsək də davamcılarımız edəcək". Heydər Əliyev Azərbaycana gələndən sonra məscidlər bərpa olundu, kilsələr təmir edildi, sinaqoq tikildi və multikulturalizmin bünövrəsini qoydu, dinlər arasında dostluq, qardaşlıq yaratdı.

O, Azərbaycan gerçəkliyini dünya liderlərinə çatdırdı, Azərbaycan xəritəsini götürüb liderlərə Ermənistanın işğalçılıq siyasəti apardığını göstərirdi.

Birinci dəfə seçkilər olanda və ölkə başçısı seçiləndən sonra otağına gəldim, ona Quran bağışladım".

A.Paşazadə dünya siyasi xadimlərinin içərisində bu səviyyədə bir şəxsiyyət görmədiyini vurğulayıb:

"Çətin dövrdə Heydər Əliyev gəldi və ondan sonra davamçısı İlham Əliyev oldu. Onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Bunun səbəbi Heydər Əliyev cənabları, o ailədə böyüməsi, tərbiyyə alması idi".

AzVision.az


Teqlər:



Xəbər lenti