Qarabağda aşkarlanan 150-yə yaxın abidə dövlət reyestrində olmayıb
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, 140-150-yə yaxın aşkar edilən abidələr var ki, onlar dövlət reyestrində olmayıb:
Elə yerlər var ki, ora bizim nümayəndələr gedib çıxa bilməyib. Burda həm mina təhlükəsi var, həm də landşaft çətinliyi var. Amma bu iş davam etdirilir. Monitorinq başa çatandan sonra bununla bağlı siyahı hazırlanaraq beynəlxalq təşkilatlara müraciət olunacaq, Ermənistanın məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. Dağıdılmış abidələr göstərir ki, bu hərbi və bəşəriyyətə qarşı törədilmiş cinayətdir", - nazir bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


