Putin: “90-cı illərdə taksi sürücüsü işləyirdim“
AzVision.az xəbər verir ki, dövlət başçısının sözlərini “Rossiya 24” telekanalı “Müasir tarix” filmindən sitat gətirib.
"Bəzən taksi sürücüsü kimi əlavə pul qazanmalı olurdum. Bu barədə danışmaq xoşagəlməzdir, amma təəssüf ki, bu belə idi", - Putin deyib.
Qeyd edək ki, Vladimir Putin daha əvvəl Andrey Kondraşovun sənədli filmində demişdi ki, Anatoli Sobçak mer seçkilərində məğlub olduqdan, meriyadan işini tərk etdikdən sonra Sankt-Peterburqda taksi sürücüsü kimi pul qazanmağa hazır idi.
Prezident vurğulayıb ki, 1990-cı illərin sonlarında Prezident Administrasiyasından Moskvaya işləmək təklifi alanda, başqa iş olmadığına görə onu qəbul etməyə bilməzdi. (Report)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


