Ağsu sakinindən odlu silahlar götürülüb

Ağsu sakinindən odlu silahlar götürülüb
  11 Dekabr 2021    Oxunub:1323
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyatı üzrə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Silah  



Xəbər lenti