“Sən elə bir zirvəsən” əlilliyi olan şəxslərin ifasında

“Sən elə bir zirvəsən” əlilliyi olan şəxslərin ifasında
  11 Dekabr 2021    Oxunub:1432
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə əlilliyi olan şəxslərin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnı-klipinə yeni məzmun əlavə edilib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, Ümummilli liderin bir zamanlar işğal altında olan ərazilərimizin azad ediləcəyi ilə bağlı söylədiyi fikirlər və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin azad edilmiş bölgələrimizə səfərlərini əks etdirən epizodlar klipə daxil edilib.

Müəllifləri Baba Vəziroğlu və Kamal olan məşhur mahnını əlilliyi olan istedadlı gənclər Sadiq Həsənov, Qəndaf Əkbərli, Elgiz Babazadə, Türanə Həmidova və Seymur Əliyev ifa ediblər.



AzVision.az


Teqlər: ƏƏSMN  



Xəbər lenti