Dağlıq ərazilərdə qar yağacaq - Xəbərdarlıq

   Dağlıq ərazilərdə qar yağacaq -    Xəbərdarlıq
  11 Dekabr 2021    Oxunub:1087
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq edib.
Bürodan AzVision.az -a verilən məlumata görə, dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, 14-də dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

AzVision.az


Teqlər: Qar   Hava  



Xəbər lenti