"Müstəqilliyin ilk illərində informasiya savaşı ilə üzləşdik" - Hikmət Hacıyev
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.
PA rəsmisi deyib ki, Ermənistanın silahlı qüvvələri tərəfindən azərbaycanlılar öldürülürdü, lakin guya azərbaycanlıların erməniləri öldürməsi irəli sürülürdü. Qondarma "erməni soyqırımı” adı altında dünyada bu təbliğat aparılırdı.
Bütün bunların fonunda Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı: "Biz 90-cı illərin əvvəlində anladıq ki, haqlı olmaq yetərli deyil. Haqlı olduğumuzu dünyaya çatdırmaq üçün daha aktiv olmağımıza, daha da ağıllı siyasət həyata keçirə biləcək strateji kommunikasiya formatında bunu təqdim etməyimizə böyük ehtiyac var idi. Elə o zaman qərara gəldik ki, Ermənistan və erməni lobbisinin dünya üzrə ölkəmizə qarşı apardığı bu siyasətə qarşı yalnız strateji qaydada, hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək koordinasiya olunmuş şəkildə bir siyasət həyata keçirək və yalnız bu halda bunun qarşısını ala bilərdik. Bütün bunlar dünyanın susduğu, baş verənləri duymaq istəmədiyi fonunda baş verirdi”.
Pərvanə Sultanova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


