Azərbaycanda hamamlar açıldı

   Azərbaycanda hamamlar açıldı
  11 Dekabr 2021    Oxunub:3037
Dekabrın 13-dən Azərbaycanda hamamların fəaliyyət göstərilməsinə icazə verilir.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabineti xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

AzVision.az


Teqlər: Hamam  



Xəbər lenti