Bakıda 22 dərəcə isti olacaq

 Bakıda 22 dərəcə isti olacaq
  02 Aprel 2014    Oxunub:1484
Aprelin 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Temperatur gecə 3-7°, gündüz 15-19°, bəzi yerlərdə 22° isti, Bakıda gecə 4-6°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 0-5°, bəzi yerlərdə 8° şaxta, gündüz 12-17°, bəzi yerlərdə 21° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 1-6°, gündüz 12-17°, bəzi yerlərdə 21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Temperaturun gecə 3-5°, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti