Ötən gün 228 nəfər toylara buraxılmayıb

Ötən gün 228 nəfər toylara buraxılmayıb
  11 Dekabr 2021    Oxunub:754
Dekabrın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 307 toy şənliyinin monitorinqini həyata keçirib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, monitorinq 298 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 228 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: Toy  





Xəbər lenti