Hacıqabulda yük maşınları toqquşub , ölən var

Hacıqabulda yük maşınları toqquşub   , ölən var
  11 Dekabr 2021    Oxunub:727
Hacıqabulda ağır yol qəzası olub.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayon ərazisində “KamAZ" və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “KamAZ”dan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti