Atalığın 14 yaşlı uşağı oğurlaması iddiası ilə bağlı açıqlama
E.Hacıyev qeyd edib ki, T. M.nin 2008-ci il təvəllüdlü nəvəsi A.A-nın narkotik istifadəçisi olan anası tərəfindən zorla Bakıya şəhərinə aparılması, atalığı tərəfindən döyülməsi və polis tərəfindən şikayətə baxılmaması ilə bağlı iddiaları dərhal DİN-in nəzarətinə götürülməklə müvafiq araşdırmalar aparılıb: “Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir, müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A-nın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçəsi olması ilə bağlı olan iddialar təsdiqini tapmayıb.
A.A-nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı alınıb. Heç kim tərəfindən zorakılığa məruz qalmadığını, atalığını heç iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar. Bu gün yenidən ailə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər”.
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


