DSX-nın hərbçisi vəfat edib

   DSX-nın hərbçisi vəfat edib
  10 Dekabr 2021    Oxunub:1374
Dekabr ayının 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az -a verilən məlumata görə, onun dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişib.

Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırl­ması üzrə müvafiq tədbirlər həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

AzVision.az


Teqlər: DSX   Hərbçi  





Xəbər lenti