Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı artırılır

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı artırılır
  10 Dekabr 2021    Oxunub:1856
"Sumqayıt Kimya Sənaye Parkında gələn il yeni rezidentlərin fəaliyyətə başlaması gözlənilir".
AzVision.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib. Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında rezidentlik statusu almaq üçün 3 şirkət müraciət edib: "Həmin şirkətlərin 2-i yerli şirkətdir, biri isə Çin kapitallı xarici şirkətdir".

Xatırladaq ki, Sumqayıt Kimya-Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Mövcud layihələr üzrə əlavə 312 milyon manat investisiyaların qoyulması və 1 300-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sumqayıt   Kimya   Park  





Xəbər lenti