"Epidemik prosesin nəzarət altında olması sevindiricidir" - Təyyar Eyvazov
O qeyd edib ki, bu müddət ərzində xəstəlik haqqında bilgilər xeyli genişlənib, virusa yoluxmadan özümüzü və yaxınlarımızı qorumaq üçün səfərbər olmuşuq: "Dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir. Bu durumdan qalib çıxmaq üçün vətəndaş məsuliyyətinin nə qədər gərəkli olduğunu da anladıq. Birgə işlərimiz öz töhfəsini verməkdədir. İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürürük. Bu bizlərə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir".
AzVision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


