Jurnalistlərə vergi güzəştləri təklif edilir

 Jurnalistlərə vergi güzəştləri təklif edilir
  09 Dekabr 2021    Oxunub:1430
“Jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan yararlanması üçün layihələri üzərində iş gedir. Yaxın vaxtlarda bununla bağlı da açıqlamalar veriləcək”.
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, İqtisadiyyat Nazirliyi lə bu yöndə mütəmadi müzakirələr aparılır:

“Artıq jurnalistlərin narahat olduğu məqamlarla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün konkret layihə var. Həm “Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur”.

Ə.İsmayılov qeyd edib ki, reklamla bağlı da vergi güzəştlərinin tətbiq edilməsi istiqamətində də işlər gedir.
sin”
"Bununla bağlı təkliflər verilib. Yaxın vaxtlarda bu təklifə müsbət rəyin verilib-verilməməsi aydın olacaq”.

AzVision.az



Teqlər: Jurnalist  



Xəbər lenti