"Cinayətlərin sayının artmasına səbəb “patı” istifadəçiləridir" - Orxan Cəfərov
08 Dekabr 2021
Oxunub:1781
“Son zamanlar ölkədə baş verən cinayətlərin sayının artmasına səbəb “patı” istifadəçilərinin artmasıdır. Bu dərman istifadəsi insanların psixologiyasında ciddi dəyişiklər edir”.
AzVision.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov deyib.
Onun sözlərinə görə, dəfələrlə müalicə alanlar əsasən eyni pasiyentlər olur: "İlkin müddətdə alınan həzz hissinə görə istifadəçilər yenidən o mərhələyə qayıtmaq istiyirlər. Xəstə mütləq şəkildə müalicə olunduqdan sonra reabilitasiya dövründən keçməlidirlər”.