Bu il 942 şəhid ailəsi üzvü tibbi xidmət alıb

Bu il 942 şəhid ailəsi üzvü tibbi xidmət alıb
  08 Dekabr 2021    Oxunub:636
"Cari ilin 9 ayı ərzində 7993 şəxsə xidmət göstərilib. Xidmət almış şəxslərdən 7051 nəfəri müharibə iştirakçısıdır, 942 min nəfəri isə şəhid ailə üzviləridir".
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin rəhbəri Zaur Əliyev deyib. Onun sözlərinə görə həmin dövr ərzində İcbari Tibbi Sığortanın Xidmətlər zərfi çərçivəsində 321 pasiyent üzərində 381 əməliyyat həyata keçirilib:

"Hərbçilərin müayinəsi məqsədi ilə Türkiyədən həkimlər gətirilib. 155 hərbçi müayinədən keçirilib. 8 şəhər və rayonda psixoloqlar fəaliyyət göstərib. 600 dən çox şəhid ailəsi üzvinə, 1600 hərbçiyə, 300 terror qurbanına yardım göstərilib. Psixoloji yardıma ehtiyacı olan şəxslərə psixoloqların yardım göstərilməsi istiqamətində xaricdən ekpertlər dəvət olunacaq. Onlar yerli psixoloqlara təlim keçəcəklər".

Şəhanə Rəhimova
AzVision.az




Teqlər: Şəhid  



Xəbər lenti