"20 min şəhid ailəsi üzvünə ödəniş təyin edilib" - Nazir hesabat verdi

 "20 min şəhid ailəsi üzvünə ödəniş təyin edilib" -  Nazir hesabat verdi
  08 Dekabr 2021    Oxunub:1256
"Post müharibə dövründə ümumilikdə 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvinə və müharibə əlilinə sosial ödəniş etmişik".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, bir şəxsə bir neçə ödəniş də təyin olunub.

"10 202 min şəxsə 20 min 341 mindən çox ödəniş təyin olundu. Bunun böyük hissəsi şəhid hərbi qulluqçuların ailə üzviləridir. 7716 nəfərə 15 min 344 ödəniş təyin edilib. Ölkə başçısının sərəncamları ilə mənzil təminatı proqramı icra olunu. Şəhid ailələrinə və müharibə əlillərinə 2600 ev verildi. Sosial cəhətdən həssas koatoriqayda olanbir sıra əlilliyi olan şəxsləri əhatə edirik.

164 avtomobil müharibə əlilliyi olan əsgərlərimuzə verildi. 10 min nəfəri sosial psixoloji dəstəklə əhatə etdik. 1000 mindən artıq şəxs mühərrikli oturacaqla təmin edildi. Bu günədək müharibə əlilliyi olan 163 əsgərimizə 174 müasir 4 cü nəsil protrzlə təmin olunub. 12 - 17 arası ptrotezin qoyulması planlaşdırılır".

Nazir bilidirib ki, 5500 nəfər şəhid ailəsi üzvi və müharibədə xəsarət almış vətəndaş məşğulluq proqramına cəlb olunub, 2 500 nəfər işlə təmin edilib. Bu kateqoriyadan olan 8000 minə yaxın insan məşğulluq tədbirləri ilə əhatə olunub:

"9300 dən artıq bu kateqoriyadan olunan vətəndaş daimi işlə təmin olunub. Ölkə başçısının fərmanı ilə Əlaqələndirmə Mərkəzi yaradıldı. 26 istiqamət üzrə xidmət toplanıb. Avqust ayının sonlarında fəaliyyətə başlayan mərkəz Abşeron, Bakı və Sumqayıtı əhatə edir. Ötən 3 aylıq dövrdə 4 163 şəxsə xidmət göstərilib".

Şəhanə Rəhimova
AzVision.az



Teqlər: Əlil   Şəhid  



Xəbər lenti