8000-dən çox şəhid ailələri və əlillər özünüməşğulluq proqramı ilə təmin olunub

8000-dən çox şəhid ailələri və əlillər özünüməşğulluq proqramı ilə təmin olunub
  08 Dekabr 2021    Oxunub:996
Avqust ayında elan olunan "Məşğulluq marafonu" çərçivəsində 600-ə yaxın işəgötürən 3760-dən çox vakansiya elan edib. 1300-dək şəhid ailə üzvü və qazilər marafon çərçivəsində işlə təmin edilib.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək məşğulluq marafonu ilə yox, həm də özünəməşğulluq proqramları ilə əhatə olunublar:

"6000-dən çox ailə özünəməşğulluq, ictimai işlər proqramı və işə düzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə, 8000-dən çox şəhid ailələri, müharibə əlilləri özünüməşğulluq proqramı ilə təmin olunub və bu proses davam edəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Əlil   Şəhid  





Xəbər lenti