İlham Əliyev “TOTAL Energies” şirkətinin rəsmisini qəbul edib

   İlham Əliyev “TOTAL Energies” şirkətinin rəsmisini qəbul edib
  07 Dekabr 2021    Oxunub:793
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edilib. Dövlət başçısı onun Azərbaycanla TOTAL şirkəti arasında əməkdaşlığa töhfə verdiyini vurğulanıb. Arnaud Breuillac fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili təlabatın ödənilməsi, ixrac potensialının artırılması və yeni bazarlara çıxışın əldə edilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə Azərbaycanla TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: TOTAL  





Xəbər lenti