"Zəngəzur dəhlizi sovet vaxtından ən vacib istiqamət hesab edilirdi"- Taleh Ziyadov

   "Zəngəzur dəhlizi sovet vaxtından ən vacib istiqamət hesab edilirdi"-   Taleh Ziyadov
  07 Dekabr 2021    Oxunub:926
"Zəngəzur koridoru sovet vaxtından ən vacib istiqamət hesab edilirdi. Xüsusi ilə orta Şərqlə Sovet İttifaqının arasındakı iqtisadi əlaqələr Zəngəzur koridoru ilə aparılırdı".
AzVision.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov deyib. O, bildirib ki, Azərbaycandan keçən və Culfadan İrana gedən dəmiryol ticarəti ilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olurdu.

"Torpaqlarımız işğal olunan zaman ticarət dövriyyəsi məhv edildi. Vətən müharibəsindən sonra yeni perspektivdə həm Azərbaycan, həm region üçün açılmaqdadır. Biz region olaraq bu koridorun böyük əhəmiyyətini görürük. Limandan böyük nəqliyyat vasitələrinin, həm də dəmiryolu vasitəsilə yüklərin Türkiyəyə, ordan da Ağ dənizə çıxış daha qısadır. Həm Türkiyənin, həm Avropanın orta Asiya, mərkəzi Asiya ilə ciddi ticarəti var. Bu ticarət daima artmaqdadır. Limanda əməliyyatların effektıiyi çox vacibdir.
Burada getdikcə dövriyyə artacaq. Biz qonşu, xüsusi ilə Türkmənistan və Qazaxıstan limanları ilə yaxın əlaqələrin paylanılması, işlərin görülməsini əhəmiyyətli hesab edirik".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti