"Sərhədlərin tamamilə açılmasında risklər mövcuddur" - Turizm Agentliyi

   "Sərhədlərin tamamilə açılmasında risklər mövcuddur" -    Turizm Agentliyi
  07 Dekabr 2021    Oxunub:1121
Azərbaycanın quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil. Azərbaycan 60-dan çox ölkə ilə sərhədləri açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlə tətbiq olunur. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, ölkənin quru sərhədlərin bağlı olması turizmə təsir edir, lakin sərhədlərin tamamilə açılmasında risklər mövcuddur:

"Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq, yoluxan və ölüm faktı çoxalacaqsa bu, dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur".

Agentlik sədri qeyd edib ki, dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm   Sərhəd  





Xəbər lenti