Ötən gün 46 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün 46 cinayətin üstü “isti izlər”lə açılıb
  07 Dekabr 2021    Oxunub:624
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.


AzVision.az


Teqlər: Cinayət  





Xəbər lenti