DİN şagirdin neqativ hərəkətləri ilə bağlı iddiaları araşdırır

DİN şagirdin neqativ hərəkətləri ilə bağlı iddiaları araşdırır
  07 Dekabr 2021    Oxunub:681
"Paytaxtın Suraxanı rayonunda 223 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev özünün "facebook" səhifəsində yazıb.

O bidlirib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən məsələnin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

AzVision.az


Teqlər:



Xəbər lenti