Azərbaycan müdafiə nazirinin müavini Rusiyaya gedib

Azərbaycan müdafiə nazirinin müavini Rusiyaya gedib
  06 Dekabr 2021    Oxunub:265
Azərbaycan müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dekabrın 6-da Rusiya paytaxtı Moskva şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, o, hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak edəcək. Səfər dekabrın 9-dək davam edəcək.


AzVision.az

Teqlər: MN   Rusiya  







Xəbər lenti