Dörd ildə 36 min şəxsə aktivlər verməklə kiçik təsərrüfatlar yaradılıb
Bunun göstəricisi kimi, özünüməşğulluq proqramına 2021-ci ildə 16 min şəxsin cəlb edilməsi nəzərdə tutulub ki, bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 15 dəfə çoxdur.
Proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və digər həssas qruplara üstünlük verilir.
Son illərdə özünüməşğulluq proqramının əhatə etdiyi kənd təsərrüfatı və istehsal-xidmət yönümlü iqtisadi fəaliyyət növləri sırası da genişləndirilərək 44-ə çatdırlıb.
AzVision.az
Teqlər: ƏƏSMN