Telefon rabitəsinin 140 illiyi münasibətilə poçt markası buraxılıb

Telefon rabitəsinin 140 illiyi münasibətilə poçt markası buraxılıb
  06 Dekabr 2021    Oxunub:660
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC ölkədə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası buraxıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Vüqar Əyyubov olan poçt markası 10 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.

AzVision.az



Teqlər:





Xəbər lenti