Avstriyada peyvənd olunmayanlar cərimələnəcək

Avstriyada peyvənd olunmayanlar cərimələnəcək
  06 Dekabr 2021    Oxunub:575
Avstriyada gələn il fevral ayından qüvvəyə minəcək koronavirusa qarşı məcburi vaksinasiya barədə qanunun ilk layihəsi ictimailəşdirilib.
AzVision.az xəbər verir ki, qanun layihəsində koronavirusa qarşı peyvənd olmaqdan boyun qaçıranlara üç ay müddəti üçün 600 avro cərimə nəzərdə tutulur. Layihəyə əsasən, peyvənd inkarçıları il ərzində 2400 avro ödəməklə peyvənd olunmaqdan yaxa qurtara biləcəklər. Qanun layihəsinə əsasən, gələn il fevralın 15-dən etibarən peyvənd olunmamış şəxslərə peyvənd öhdəliyinə dair məktub göndəriləcək və əgər martın 15-dək vaksinasiya (ilk doza) baş tutmazsa, o zaman həmin şəxslərə cərimə kəsiləcək.

14 yaşa kimi uşaqlar, COVID-19 xəstəliyindən sağalanlar (6 ay müddətində) və hamilələr peyvənd öhdəliyindən azad ediləcəklər. Eyni zamanda həkimdən müvafiq arayış təqdim etməklə səhhətində peyvəndlə bağlı problem olan şəxslərə də yeni qaydalar şamil olunmayacaq.

Səhiyyə Nazirliyindən ilk qanun layihəsi ilə bağlı açıqlama verilməyib, bütün sosial tərəfdaşların razılaşdırdığı layihə forması hazır olduğunda və parlamentin müzakirəsinə çıxarılanda müvafiq açıqlamanın da veriləcəyi qeyd edilib.

AzVision.az


Teqlər: Cərimə   Koronavirus  





Xəbər lenti