Polşa XİN Baydenə məsləhət verib

Polşa XİN Baydenə məsləhət verib
  06 Dekabr 2021    Oxunub:862
Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç deyib ki, Varşava prezident Co Baydenin dekabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı danışıqlarda qətiyyət nümayiş etdirməsini gözləyir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, diplomat bu barədə Polşa radiosunun efirində bildirib.

Pşidaç xatırladıb ki, Bayden 1990-cı illərdə NATO-nun Şərqi Avropaya genişlənməsində iştirak edən siyasətçilərdən biri olub və prezident Barak Obama (2009-2017) dövründə də bu xəttə sadiq qalmağa davam edib. O vurğulayıb ki, Rusiya və ABŞ yalnız bərabərhüquqlu tərəfdaş kimi danışıqlar apara bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa   XİN  





Xəbər lenti