Britaniyalı alimdən təhlükəli pandemiya ilə bağlı xəbərdarlıq

Britaniyalı alimdən təhlükəli pandemiya ilə bağlı xəbərdarlıq
  06 Dekabr 2021    Oxunub:592
Növbəti pandemiya COVID-19-dan əhəmiyyətli dərəcədə daha təhlükəli ola bilər.
AzVision.az xəbər verir ki, bunu “Sky News”a AstraZeneca peyvəndinin yaradıcılarından biri Sara Qilbert bildirib.
Onun sözlərinə görə, növbəti pandemiya daha pis ola bilər: “Virus daha yoluxucu, daha ölümcül ola bilər”.

O, yeni omikron koronavirus ştamını da şərh edib. Alimin sözlərinə görə, bu variantın sünbül proteini virusun yoluxuculuq qabiliyyətini artırır. Amma baş verən əlavə dəyişikliklər də var ki, bu səbəbdən istehsal olunmuş vaksinlər “omkrona” qarşı daha az effektiv ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti