Helikopter qəzası ilə bağlı yeni açıqlama

   Helikopter qəzası ilə bağlı yeni açıqlama
  06 Dekabr 2021    Oxunub:614
“Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.
AzVision.az -ın xəbərinə görə, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib. Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib: "Mürəkkəb bir hadisə olduğuna görə, müxtəlif ekspertizalar təyin edilib. Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat veriləcək”, - o bildirib.

M.Abbasovun sözlərinə görə, “qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz: “Ancaq “qara tutu” üzərində iş gedir”.

AzVision.az


Teqlər: DSX   Prokurorluq  





Xəbər lenti