Azad edilmiş ərazilərin 52 faizi 4G şəbəkəsi ilə təmin edilib

Azad edilmiş ərazilərin 52 faizi 4G şəbəkəsi ilə təmin edilib
  06 Dekabr 2021    Oxunub:744
İşğaldan azad edilmiş ərazilərdə 92 ədəd mobil baza stansiyası fəaliyyət göstərir. Ərazilərin 72 faizi 2G şəbəkəsi ilə, 52 faizi 4G şəbəkəsi ilə təmin edilib.
AzVision.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Həsənov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans" da çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin ərazilərdə televiziya və radio yayımının müvəqqəti bərpası artıq yerinə yetirilib:

"Bu yaxınlarda Prezident İlham Əliyev Şuşada 130 metrlik radio qülləsinin əsasını qoyub. Bu da xüsusi bir xarakter daşıyır”.

R.Həsənov qeyd edib ki, insan kapitalının artırılması istiqamətində işlər görülür:

“Bu baxımdan dövlət-özəl tərəfdaşlığına xüsusi önəm veririk. Dövlət-özəl əməkdaşlığı ilə tədqiqat laboratoriyalarının qurulması, kiber təhlükəsizlik sahəsində, yaxud da data analist sahəsində yeni kadrların yetişdirilməsi ilə bağlı artıq layihələrə başlamışıq".

R. Həsənov əlavə edib ki, İKT texnologiyaların , innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti