Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistika

   Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistika
  06 Dekabr 2021    Oxunub:432
"Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Amnistiya Aktı ilə ümumilikdə 1 921 şəxs artıq azadlığa buraxılıb. Hazırkı Amnistiya Aktının 16-17 min nəfərə tətbiq edilməsi nəzərdə tutulur. Bu Zəfər amnistiyasının təntənəsindən xəbər verir”.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib. Onun sözlərinə görə, bu günə qədər amnitsiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib:

"Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib. Ən çox Amnistiya Aktı Bakı şəhərində tətbiq edilir. Daha sonra, Salyan, Sumqayıt, Xırdalan, Gəncə və s. rayonlarıdır. Müxtəlif rejimli çəzaçəkmə məntəqələrinə diqqət yetirilən zaman isə 5 saylı cəzaçəkmə müəssisəsi ön sıralarda gedir".

İndiyədək Amnistiya Aktı 3448 kişiyə, 228 qadına tətbiq edildiyini deyə Elnur Musayev bildirib ki, məhkumlar yaş qrupuna da bölünüb: “Amnistiya ən çox 31-40 yaşında olanlara tətbiq edilib. Qadınlar arasında isə Amnistiya Aktı ən çox 41-50 yaşda olanlara şamil edilib. Kişilər arasında Amnisya Aktı ən çox çoxmüxtəlif tipli cəzaçəkmə müəssisələrində saxlananlara və 16 xarici ölkə vətəndaşına tətbiq olunub”.

AzVision.az

Teqlər: Amnistiya   Prokurorluq  







Xəbər lenti