Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
  06 Dekabr 2021    Oxunub:893
Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun “Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Natiq Qurbanov olduğu məlum olub.

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində isə ova cəhd edən Tovuz rayon sakinləri Samir Süleymanov və İsmayıl Abbasov saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

AzVision.az



Teqlər: Balıq  





Xəbər lenti