Azad edilən ərazilər müxtəlif sahələr üzrə ixtisaslaşacaq

   Azad edilən ərazilər müxtəlif sahələr üzrə ixtisaslaşacaq
  06 Dekabr 2021    Oxunub:472
İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu əsasən hasilat sənayesi və sağlamlıq turizmi, Ağdam rayonu emal sənayesi, Şuşa şəhəri mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı sahəsi üzrə yeni iqtisadi drayverlər ixtisaslaşa bilər:
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının tədqiqi, kəşfiyyatı və istismarı çərçivəsində İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Türkiyənin "Cengiz Holdinq” qrupuna daxil olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri arasında “Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilə” imzalanıb.

Aytən Zəhra
AzVision.az

Teqlər: Qarabağ  







Xəbər lenti